ISSN 2073-2651
Elmi-praktik jurnal
Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri
The Modern Achievements of Azerbaijan Medicine
Современные достижения азербайджанской медицины
Jurnal haqqında
1986-cı ildə Respublika Elmi-tibbi informasiya şöbəsinin müdiri Rəna Ağababa qızı Pirverdiyevanın təşəbbüsü ilə Azərbaycan tibb alimlərinin və həkimlərinin elmi-təcrübi işlərindən ibarət olan ilk toplu çap etdirilmişdir.
O dövrdə bizim ölkədə çap olunan yeganə elmi-praktik tibbi jurnalın “Azərbaycan tibb jurnalı” olduğunu nəzərə alaraq, belə toplunun illik çap etdirilməsi təşəbbüsü öz təsdiqini tapmışdır. Bu qərar həyata keçirilmiş və keçən əsrin 90-cı illərində son dərəcə faydalı olmuşdur, çünki bu illərdə elmi-tədqiqatların və klinik-laborator müşahidələrin nəticələrinin dərc etdirilməsi imkanı Azərbaycanda kəskin şəkildə məhdud idi, elmi işlərin Azərbaycandan kənarda çap etdirilməsi isə böyük texniki çətinliklərlə müşayiət olunurdu.
Artıq 90-cı illərin sonlarında belə toplu çap etdirilməsi özünü doğrultduğu aydın olmuşdur - bu illər ərzində bizim toplu elmi-tibbi dövrü ədəbiyyat arasında artıq öz mövqeyini tutmuşdur. Onun illik çap etdirilməsi, redaksiya şurasında ölkənin nüfuzlu alimlərinin fəaliyyət göstərməsi isə Azərbaycan tibb alimləri arasında öz müsbət rəyini tapmışdır.
XXI əsrin əvvəllərində məlum olmuşdur ki, bu topluda çap etdirilmək üçün göndərilən məqalələrin sayı artmış və buna uyğun olaraq, toplunun həcmi də artmışdır. Bu toplunu modifikasiya etdirilməsi və onun əsasında müstəqil elmi-tibbi jurnalın nəşr etdirilməsinə zəmin yaratmışdır. “Azərbaycan təbabətinin müasir nailiyyətləri” jurnalın nəşrinə 2005-ci ildən başlanmışdır. Onun redaktoru akademik B.A.Ağayev, məsul katib R.A.Pirverdiyeva olmuşdur. 2007-ci ildən jurnalın redaktoru professor M.Q.Məmmədov olmuş və həmin dövrdən jurnalın rüblük nəşr edtirilməsi başlanmışdır. O zamandan etibarən Azərbaycan Respublikasının Ali Attestasiya Kommsiyası tərəfindən materialların çap etdirilməsi üçün tövsiyə edilən jurnalların siyahısına daxil edilmişdir. Ötən illər ərzində jurnal elmi-tibbi dairələrədə tanınmış və ölkədə çap olunan elmi-tibbi jurnallar arasında öz yerini tutmuşdur.
Redaksiya heyəti jurnalın müəllif və oxucular üçün əlyetərli olmasına, Azərbaycan təbabətinin elmi-praktik nailiyyətlərinin çap etdirilməsinə səy göstərmişdir. Ona görə də forma baxımından daha da təkmilləşdirilmişdir. Hazırda redaksiya heyətinin jurnalın dünya elmi jurnallarının qarşısına qoyulan standartlara çatdırılması üzrə fəaliyyət göstərməkdədir.
Redaksiyanın ünvanı: Baki şəhəri, Şərif-zadə küç. 196
Tel: +994 12 434 62 10
Email: piraliyevayegana@mail.ru
© «Azərbaycan təbabətinin müasir nailiyyətləri». 2006-2024.