ISSN 2073-2651

Elmi-praktik jurnal

Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri

The Modern Achievements of Azerbaijan Medicine

Современные достижения азербайджанской медицины

Müəlliflər üçün məlumat

“Azərbyacan təbabətinin müasir naliyyətləri” jurnalında klinik təbabət məsələlərinə həsr olunmuş Azərbaycan, rus və ingilis dillərində materiallar “İcmallar”, “Orijinal məqalələr”, “Qısa məlumatlar” və “Xronika” rubrikalarında dərc olunur. 

Elmi icmallar yalnız redaksiyanın sifarişi ilə dərc olunur. 

Bütün məqalələrin məzmununa məsuliyyəti bütövlükdə müəllif özü daşıyır.  

Jurnal ildə 4 nömrə olmaqla buraxılır. Jurnalda nəşr olunmaq üçün məqalələri tərtib edərkən aşağıdakı qaydaları nəzərə almaq lazımdır.  

1. Məqalələrin və qısa məlumatların əlyazmaları A4 formatlı vərəqdə 1 nüsxədə və diskdə aşağıdakı şərtlər daxilində çap olunmalıdır: sətirlər arasında interval – 2, vərəqin sol, sağ,  aşağı  və yuxarı tərəflərində 2 sm boş sahə saxlanılır. Məqalələr kompüterdə Windows sistemində Word proqramında Times New Roman şrifti ilə yığılmalıdır. Şriftlərin ölçüsü məqalə üçün 14, ədəbiyyat siyahısı üçün – 12 olmalıdır. Əlyazmaların maksimal həcmi ədəbiyyat siyahısı ilə birgə belədir: icmallar – 10 səhifə, orijinal məqalələr – 8-9 səhifə, qısa məlumatlar – 3 səhifə, redaktora məktub – 40 sətirdən artıq olmamaq şərti ilə. Ayrı vərəqdə məqalə haqqında qısa məlumat verilir. Bu qısa məlumatlar məqalə Azərbaycan dilində olduqda rus və ingilis dillərində, rus dilində olduqda – azərbaycan və ingilis dilində (xülasə, summary), məqalə ingilis dilində olduqda isə - Azərbaycan və rus dillərində (xülasə, резюме) olmalıdır. Hər üç dildə açar sözlər verilməlidir. Redaksiya heyətinə göndərilən əlyazma bütün müəlliflər tərəfindən imzalanmalıdır.  

Məqalənin birinci səhifəsində məqalənin adı, müəlliflərin adı, atasının adı və soyadı, müəssisə, şəhər və ölkə göstərilməlidir. 

2. İfadə dəqiq, uzun girişlərsiz və təkrarlarsız olmalıdır. Məqalənin mətni giriş və işin məqsədi, material və metodlar, nəticələr və müzakirələr, məqalə haqqında qısa məlumat (summary, xülasə, резюме) və ədəbiyyat siyahısı rubrikalarına bölünməlidir. Bütün istinad və şərhlər mətndə mötərizədə verilir. Ədəbiyyata istinadlar isə mətndə ədəbiyyat siyahısındakı verilən rəqəmlərə uyğun ərəb rəqəmləri ilə kvadrat mötərizədə verilir. Ədəbiyyat siyahısında mənbələr mətndə istinad vermə ardıcıllığı ilə nömrələnməlidir. 

İstənilən rəqəm materialını kiçik cədvəl şəklində vermək olar. Cədvəllərdə sütunların sayı 6-dan artıq olmamalıdır. İllüstrasiyaların (formula, qrafik, diaqramm, foto və şəkil) ümumi ölçülü 160X160 sm kvadrat sahədən artıq olmamalıdır.  

3. Ədəbiyyat siyahısı məqalənin mətnindən dərhal sonra verilir. Müəlliflərin sayı 3-dən çox olduğu halda 3 müəllifin adı yazılır, sonra “və b.”, “и др.”, “et al.” işarələri qoyulur. Jurnalda dərc olunan məqalələrin adı tam göstərilir. Sonra mənbələrin adı verilir. Mənbə kitab və ya topludan ibarət olduqda mənbənin qarşısında bir yan xətt (/), jurnaldan ibarət olduqda – iki yan xətt (//) qoyulur. Mənbənin adından sonra ili, nömrəsi, məqalənin dərc olunduğu birinci və sonuncu səhifələr verilir. Dissertasiyalara və avtoreferatlara istinad vermək olmaz. Məqalələrdə istinadların maksimal sayı aşağıdakı kimi olmalıdır: icmallarda – 50 istinad, orijinal məqalələrdə - 20 istinad, qısa məlumatlarda – 10 istinad, redaktora məktubda – 2 istinad. 

4. Redaksiya heyətinin çap olunan materialı onun həcmindən asılı olmayaraq qısaltmağa və onun üzərində düzəlişlər aparmağa səlahiyyəti var. Jurnala qəbul olunmayan əlyazmalar müəllifə ancaq onun xahişi ilə qaytarıla bilər. 

Əlyazmalar A3 1012, Azərbaycan Respublikası, Bakı ş., Şərif-zadə küç., 196 “Azərbaycan təbabətinin müasir nailiyyətləri” jurnalının redaksiyasına təqdim edilməlidir.  

Jurnal ilə bağlı məsələlərlə əlaqədar olaraq qeyd olunan ünvana müraciət və (99412) 4346210  telefonuna zəng etmək olar.

Redaksiyanın ünvanı: Baki şəhəri, Şərif-zadə küç. 196

Tel: +994 12 434 62 10

Email: piraliyevayegana@mail.ru


© «Azərbaycan təbabətinin müasir nailiyyətləri». 2006-2024.